Bir müddət əvvəl koronavirusa yoluxan KXCP sədri Mirmahmud Mirəlioğlunun səhhətində nəzərəçarpan irəliləyiş yoxdur.
RegionTV.info xəbər verir ki, iki həftədir həkim nəzarətində olan qocaman siyasətçi hələ də özünü yaxşı hiss etmir. Partiya sədri bizimlə söhbət zamanı səhhətinin ağır olduğunu təsdiqləyib. O, sağlıq durumu ilə bağlı suala belə cavab verib:
“Danışa bilmirəm, Allah bütün xəstələrə şəfa versin!”.
Xatırladaq ki, Heydər Əliyev Fondu mayın 19-dan etibarən Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb
Xəbəri paylaş