Ötən gün Türkiyənin məşhur müğənnisi İlyas Yalçıntaş Bakıda konsert verib. İdmançı Kamil Zeynallı Vətən müharibəsində iştirak etmiş 25 nəfər qazimizi həmin konsertdə qonaq edib.
Konsertə gələn qazilərimizi Kamil Zeynallı avtobusa kürəyində mindirib. Onun bu görüntüləri qısa zaman ərzində rəğbət qazanaraq sosial şəbəkələrdə geniş yayılıb. Hər kəs Kamil Zeynallının bu addımını yüksək qiymətləndirib.
Bununla bağlı Kamil RegionTV.info-ya açıqlama verib:
"Azərbaycanda nə qədər restoranlar var.Nə qədər müğənni var. Nə olar ki, hər rayon üzrə olan qazilərimizi həftədə bir dəfə restoranda qonaqlıq versinlər. Müğənnilərimizgəlib oxusun onları sevindirsin.Onlar ağrı çəkirlər, qolları, ayaqları, gözləri yoxdur. Onların nəiləsə başlqarını qatmaq lazımdır. Mənim məqsədim bu gün qazilərə dəstək olmaqdır. Həm də ki. Bu halı adət halına gətirməkdir. Qoy başqa restoran sahibləri də görsün qazilərimiz üçün qonaqlıq versinlər. Düzdür hamı fikirləşir qazilərimizi, şəhidlərimizi amma onu əməldə də göstərmək lazımdır"
Xəbəri paylaş