Türkiyəli şoumen Beyazıt Öztürk şəxsi həyatı ilə gündəmə gəlib.
RegionTV.info xəbər verir ki, 52 yaşlı şoumenin uzun müddət eşq yaşadığı sevgilisinin kimliyi bəlli olub.
Beyazın özündən 28 yaş kiçik olan azərbaycanlı Lavin Ayla sevgili olduğu məlum olub. Lavin şoumenin evindən etdiyi paylaşım onların sevgili olduğunu ortaya çıxarıb. O, "Instagram” hesabında Beyazın lüks malikanəsindən foto paylaşıb.
Cütlüyün münasibətini çox az adam bildiyindən bu xəbər indiyə qədər mətbuata sızmayıb.
Beyazla Lavinin münasibətindən çox aralarındakı yaş fərqi müzakirələrə səbəb olub. Belə ki, Lavinin hazırda 24, Beyazın isə 52 yaşı var.
Lavin Ay iki ildir ki, Türkiyədə moda sektorunda fəaliyyət göstərir.
Xəbəri paylaş