Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.
RegionTV.info xəbər verir ki, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.
Onun sabah Neftçala şəhər qəbiristanlığında dəfn olunacağı gözlənilir.
Məmmədağa İmanov 4 aprel 2001-ci ildə doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlayıb, Beyləqanda davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Sonuncu dəfə 29 sentyabr tarixində ailəsi ilə əlaqə saxlayıb.
Xəbəri paylaş