Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

RegionTV.info                                                                                                 

FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən xaricdə tutularaq Türkiyəyə gətirilib.
Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, FETÖ-də bir çox önəmli şəxslərlə qohumluq əlaqəsi olan Səlahəddin Gülənin liderin əmri və FETÖ-nün xüsusi təşkilatının köməyi ilə xaricə qaçdığı bildirilirdi.

"Silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə saxlanılan S. Gülənin terror təşkilatının məsləhətləşmə komitəsinin üzvləri və yüksək vəzifəli şəxsləri ilə də əlaqəli olduğu müəyyən olunub. Bundan əlavə Gülən azyaşlı bir qıza təcavüz etməkdə də ittiham olunur.

Səlahəddin Gülən MİT tərəfindən ölkə xaricində aparılan əməliyyatla Türkiyəyə gətirilib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də