Milli Məclisin deputatı Kamal Cəfərov həmkarı Qüdrət Həsənquliyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
K.Cəfərov RegionTV.info açıqlamasında dövlət qulluqçusu ilə deputatın funksiyalarını kifayət qədər yaxşı bildiyini deyib:
"Hər iki vəzifənin əsas məqsədi xalqın xidmətçisi olmaqdır. Statusdan asılı olmayaraq, mən özümü xalqın xidmətçisi hesab edirəm. Həmkarımın isə fərqli düşüncəsi ola bilər. Digər tərəfdən dövlət qulluğuna qəbul zamanı test imtahanın əsas məqsədi korrupsiya halların qarşısını almaq, müvafiq bilik və bacarığı olan namizədlərin vəzifəyə təyin edilməsidir. Vaxtı ilə bu qanunun qəbulu zamanı məqsəd də bu olub. İlkin görünüşdən Qüdrət müəllimin dövlət qulluğa bütün vəzifələr üzrə qəbulun yalnız müsahibə yolu ilə keçirilməsi təklifi yaxşı səslənsə də, hesab edirəm ki, bu dövlət qulluğu sahəsində korrupsiya və ədalətsizliyə yol aça bilər".
Qeyd edək ki, Q.Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında həmkarı K.Cəfərova irad tutub. O, K.Cəfərovu deputatla dövlət qulluqçusunun funksiyalarını bilməməkdə ittiham edib.
Xəbəri paylaş