RegionTV.info
Gənc işsizliyin miqyası ildən - ilə artır. Bu sözləri deputat Elşad Mirbəşir Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zaçanı deyib.
" Son rəqəmlərə görə, işsizlərin sayı 300 milyon nəfərdən artıqdır. Bu 300 milyondan təxminən 20 faizə qədəri sahibkarlıq yaratmaq imkanlarına malikdir. Azərbaycan dövləti qlobal təhdidlərin qarşısını almaq üçün priventiv addımlar atır. Ölkədə gənc sahibkarlığın inkiaşfı istiqamətində müxtəlif layihələr, proqramlar var. Amma bu istiqamətdə intensivliyin artırılması arzu ediləndir. Ölkəmizdə gənc sahibkarlığın inkişafı məsələsinə diqqət ayrılmalıdır. Ağdamda sənaye parkının yaradılması haqda qərar var. Hesab edirəm ki, işğaldan azad edilən ərazilərdə gənc sahibkarlığın inkişafı məsələsi prioritet kimi götürülməsi müsbət hadisə olar" -deyə qeyd edib.
Xəbəri paylaş