Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Rayonda tək yaşayan qadına GÖRÜN NƏ ETDİLƏR: İşıqları söndürdü, çığırtıya heç kim gəlmədi...

Daxili İşlər Nazirliyi son günlər Kürdəmi rayonunda dörd qadının evinə basqın edilərək döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.
RegionTV.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, rayonun kəndlərindən birində naməlum şəxs gecə saatlarında qadının tək yaşadığı evə basqın edib: “Həmin şəxs “rubilnik”dən işıqları söndürərək evə daxil olub və körpələri ilə tək yaşayan qadını çox ağır şəkildə döyüb, başını yerə çırpıb, sonra isə qaçıb. Qadının çığırtısına heç kim gəlməyib, uşaqlar sarsıntı keçirib”.
İddiaya görə, araşdırma zamanı məlum olub ki, həmin kənddə başqa üç tənha qadın da eynilə bu cür hücuma məruz qalıb. Hər dörd qadının ərinin Rusiyada işlədiyi bildirilir. Digər üç qadının polisə şikayət etmədiyi qeyd olunur.
DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı bir vətəndaş polisə müraciət edib: “Həmin müraciət üzrə araşdırma aparılır, yekunda əmələ hüquqi qiymət veriləcək. Bu müraciət üzrə də basqın və ya döymə faktı qeydə alınmayıb. Sadəcə evə qanunsuz daxil olma barədə şikayət edilib. Digər üç qadının hücuma məruz qalması barədə məlumat həqiqəti əks etdirmir”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də