"Bravo” supermarketlər şəbəkəsi "Whatsapp" tətbiqində yayılan mesajla bağlı əhaliyə müraciət edib.
RegionTV.info xəbər verir ki, "Bravo”nun yaydığı müraciətdə deyilir:
"Diqqət! Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə "Bravo” adından müəyyən mətnlər paylaşılır. "Bravo” marketləri adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsi ilə heç bir əlaqəsi yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik!"
Xəbəri paylaş