Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda əsgər intihar etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.
Penitensiar xidmətin şöbə rəisi Mehman Sadıqov RegionTV.info-nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyib.
O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.
Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də