Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda DƏHŞƏT: Məhkəmə hakimi 3 uşağının anasını QƏTLƏ YETİRDİ

Bakıda məhkəmə hakimi arvadını öldürüb.
RegionTV.info xəbər verir ki, hadisə bu gecə paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.
Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, cütlüyün 3 övladı var.
Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də