RegionTV.info
Mingəçevirin İcra başçısı Prezidentin islahatlarının əksinə gedir-Qocalara vəzifə verilir,sahibkarlar diz çökdürülür...
Uzun müddət həbsdə yatmış 70 yaşlı MARÇELLO" ləqəbli məmur-oliqarx kimdir?
Mingəçevir şəhərində son aylarda qəribə olayalar baş verir.Bunlardan biri də icra başçısı İlham İsmayılovun hər ötən gün şəhər əhalisinə, eyni zamanda sahibkarlara qarşı aqressivləşməsi və pensiya yaşını keçmiş-qocaların vəzifələrə təyin olunmasıdır. Baxmayaraq ki, şəhərdə yüzlərlə ali təhsilli gənclər, xeyli sayda aili təhsilli müharibə iştirakçıları,qazilər iş tapa bilmir. İcra başçısının isə dünya vecinə deyil...
İctimai Qınaq səhifəsinə məlumat veürən Mingəçevirdəki mənbənin bildirdiyinə görə,icra başçısı İlham İsmayılov ona müraciət edən gəncləri,qaziləri işlə təmin etmək əvəzinə yaşı 65-dən yuxarı olan şəxsləri vəzifəyə təyin edir. Bunlardan biri də 2021-ci ilin ilk aylarına qədər Şəki Rayon İcra hakimiyyətinin müavini işləmiş, mingəçevirlilər arasında "Marçello" ləqəbi ilə tanınan 69 yaşlı Nizami İsmayılovu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə rəis təyin edib. 4 ildən artıq həbsdə yatmış və Şəkinin icra başçısı Elxan usubovun "kassa"ların biri funksiyasını yerinə yetirimiş bu şəxsin qoca vaxtında vəzifəyə təyin olunması çox ciddi suallar yaradır. Özünün dostlarının yanında dediyinə görə prezidentin köməkçisi Zeynal Nağdəliyev köhnə komsomolçu "dostu" İ.İsmayılova tapşırıb ki,kişini işlə təmin etsin.İcra başçısı da gənc və savadlı kadralara göz dağı verə-verə qocaman "sənətkarı" 70 yaşında vəzifədən qovulmuş Qürbət Məmmədovun yerinə təyin edib."Marçello" da kresloya əyləşər-əyləşməz köhnə rəisin dədəsinə rəhmət oxudub. Aylardır əmək haqqı alamayan işçiləri acılayaraq onları qəbul etməkdən boyun qaçırıb və bu azmış kimi işçiləri hədələyib ki,"səsinizi kəsin,oturun yerinizdə.Pulu gedin Qürbətdən istəyin.Mənim sizin dədənizə borcum yoxdur.Yoxsa sizi çölə ataram"....(bu barədə daha geniş informasiyanı sonra təqdim edəcəyik)
Amma Mingəçevirdəki tragikomediyalara təkcə bununla bitmir.İcra başçısı İlham İsmayılov yaşı 70-i ötmüş zorla ayaq üstə duran İcra hakimiyyətinin Əsaslı tikinti, təmir və abadlaşdırma şöbəsinin müdiri Arif Musayevi bilinməyən səbəblərdən vəzifədə saxlayır.Uzun illər mingəçevirlilərin başına oyunlar açımış,yüzlərlə insanın "torbalarını tikmiş" və ötən il pensiyaya göndərilmiş başçının müavini ƏIi Qəniyevə icrada yenidən iş verilib.Yaşı 70-i ötmüş və işçilərin əmək müqavilələrində saxtakarlığıa yol vermiş bağça müdiri Bəşarət Mabudova da vəzifədə saxlanılanlardandır.Bu siyahıya 71 yaşlı Əli Ağamirovu da əlavə etməliyik.
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə şəhər əhalisi arasında reputatsiyası heç də yaxşı olmayan və icra hakimiyyətinin digər şöbəsində işləmiş Sahib Əliyevin təyin olunması İlham İsmayılovun ANLAŞILMAYAN ADDIMLARINDAN biridir. Baxmayaraq bütün icra hakimiyyətlərində yeni yaradılmış şöbənin müdirliyinə Qazilər təyin edilib... ARDI VAR...Daha biabrçı faktlar barədə növbəti yazıda....
Xəbəri paylaş