Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.
RegionTV.info xəbər verir ki, 2014-cü il təvəllüdlü N.Valehov nəzarətsiz qalaraq yaşadıqları evin həyətində atasının avtomobilini işə salaraq arxaya hərəkət etdirib.
Bu zaman maşının arxasında dayanan 2013-cü il təvəllüdlü qardaşı nəqliyyat vasitəsinin təkərləri altında qalıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş