Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda gənc qız oğlanı və özünü bıçaqladı

RegionTV.info                                                                                                    
Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Nizami rayonunda qeydə alınıb.


Belə ki, "Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.                                       



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də