Kanadada Kamloops şəhərində yerli əhalinin uşaqları üçün tikilmiş keçmiş məktəbin ərazisində 215 uşaq cəsədinin qalıqları tapılıb.
RegionTV.info xəbər verir ki, bu barədə “CTV” kanalı məlumat yayıb.
Bildirilin ki, qazıntılar yerli hindli tayfalarından birinin təşəbbüsü ilə aparılıb. Kanadadakı ən böyük məktəblərdən biri olmuş tədris müəssisəsi 1890-1969-cu illərdə fəaliyyət göstərib. Məktəbdə eyni zamanda 500-ə qədər uşaq təhsil alırdı.
“1876-cı ildə Kanadada federal hökumətin ehtiyacları üçün ölkənin yerli xalqlarının torpaqlarının ələ keçirilməsini nəzərdə tutan “Hindistanlılar Qanunu” qəbul edilib. 1884-cü ildə “rezident” adlanan xüsusi məktəblər yaradılıb. Hindli uşaqları Kanada cəmiyyətinə inteqrasiya etmək üçün zorla bu internat məktəblərə aparılıb. Statistikaya görə, döyülmə və xəstəliklərdən əziyyət çəkən 150 min şagirddən ən az 3.2 mini ölüb. Kanadadakı son rezident məktəb 1996-cı ildə bağlanıb”, deyə xəbərdə vurğulanıb.
Qeyd edək ki, 2017-ci ildə Kanadanın Baş naziri Castin Tryudo sözügedən məktəblərdə oxuyarkən xəsarətlər almış şagirdlərə görə yerli xalqdan rəsmi olaraq üzr istəiyib. Səlahiyyətli orqanlar zərərçəkmişlərə 800 milyon Kanada dolları (sonra 638 milyon dollar) ödənilməsi barədə qərar qəbul edib.
Xəbəri paylaş