“Bizim də Azərbaycan əsgərlərini əsir götürmək imkanımız var. İstəsək 20-50 Azərbaycan əsgərini əsir götürərik”.
RegionTV.info xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Eduard Asryan deyib.
Onun sözlərinə görə, Ermənistan ordusu sərhəddə olan Azərbaycan əsgərini istədiyi vaxt əsir götürə bilər. «Biz onlardan, onlarda da bizdən əsir götürəcəklər. Bu proses sonsuza qədər davam edəcək. Lakin biz problemi diplomatik yolla aradan qaldırmağa çalışırıq. Məhz diplomatik yolla sərhədlərimizi bərpa etmək, silahdan istifadə etmədən onları öz ərazilərinə göndərməyə çalışırıq. Həmçinin belə bir variant da var ki, güc işlətməklə onları geri çəkilməyə məcbur edək. Əsir götürmək də bir metoddur, lakin bu problemi həll etmir. Əksinə, belə addımlar yekunda hərbi toqquşmaya gətirib çıxarır. Bütün bunlara baxmayaraq, bütün variantlar nəzərdən keçirilir və yekun qərar veriləcək”.
P.S. 44 günlük müharibədə də belə deyirdilər. General olmaqla deyil ki, gərək sarsaq olmayasan.
Xəbəri paylaş