Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Məlumata görə, əvvəllər evli olan C.Bayramovla R.Xanəliyeva sonradan aralarında baş verən narazılıqlar səbəbindən boşanıblar. Onların boşanmasından artıq 10 il ötüb. Ötən gecə isə C.Bayramov R.Xanəliyevanın yaşadığı evə gələrək onunla yenidən barışmaq istədiyini bildirib. Lakin keçmiş ərlə arvadın aralarında mübahisə düşüb və daha sonra kişi R.Xanəliyevanı qətlə yetirib.
Hadisədən sonra yaralı qadını qohumları aşkar edib. R.Xanəliyeva Cəlilabad Rayon Mərkəzi Xətəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb
RegionTV.info xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. İlkin məlumatlara əsasən, qətl hadisəsi ötən gecə 2-3 radələrində R.Xanalıyevanın yaşadığı evdə baş verib.
Qeyd edək ki, cütlüyün məktəbli iki övladı var.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.
Xəbəri paylaş