Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zöhrə Abdullayeva VƏFAT ETDİ

Əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi.                                                      

RegionTV.info  xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.O, Zöhrə Abdullayeva ilə fotosunu paylaşaraq:
"Çox ağır, üzücü bir xəbər oldu ... Əslində, heç ölüm xəbərlərini paylaşmaq, xəbər vermək istəmərəm ... Amma nə edək ki, bu fani dünya gəlimli-gedimlidi ... Nə edək ki, bir üzü işıqlı, bir üzü qaranlıqdı bu dünyanın ... Tamaşaçıların sevimlisi, doğmaların əzizi müğənni Zöhrə Abdulla qızı Abdullayeva 16.12.1952 - 28.05.2021 uzun sürən sklerodermiya xəstəlikdən sonra dünyasını dəyişdi bu dəqiqə ... Ağır itkidir Azərbaycan incəsənəti üçün... Ağır itkidir sevənlər, əzizlər üçün ... Xüsusən də Zöhrə xanım kimi bir insanı itirmək sözlə deyilməyəcək qədər ağrılıdır ... Zöhrə Abdullayeva mənim ikinci anam idi ... Həyat dolu qadın idi ... Xəstəliyini bilirdi və uzun illər mübarizə də apardı ... Amma sonda qalib gələ bilmədi ... Beləcə, arzuları ürəyində qaldı Zöhrə ananın ... Ən böyük arzusu Şuşada oxumaq idi... Görə bilmədi azad, xoşbəxt Şuşanı...Zöhrə ana kimi bir insanın itkisi çox ağırdır ... Nə deyəcəyimi, hətta özümə belə necə təsəlli verəcəyimi bilmirəm ... Allah Zöhrə anamın əzizlərinin səbrini versin ... Allah yerini cənnət etsin gözəl sənətkar ..."

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də