Azərbaycan Milli Konservatoriyasının dosenti, Əməkdar müəllim, tarzən Yusif Vəliyev vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva feysbukda məlumat verib.
Y.Vəliyev 15.08.1952-ci ildə Ağdam şəhərində anadan olub. 1975-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını tar ixtisası üzrə bitirib. Y Vəliyev 1969 - 1970- ci illərdə Ağdam rayon Qaradağlı kənd Uşaq Musiqi məktəbində tar müəllimi, 1971-1976-cı illərdə Bakı şəhər 22 nömrəli Uşaq Musiqi məktəbində tar müəllimi və xalq çalığı alətləri şöbəsinin müdiri, 1976-1977-ci illərdə Lerik rayon Uşaq Musiqi məktəbinin direktoru, 1977-1994-cü illərdə Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyi Mədəniyyət işçiləri ixtisasartırma kursunun direktor müavini vəzifələrində işləyib. 1995-ci ildə Bakı şəhər Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri alıb.
Bu arada, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Detaşe” violinoçular ansamblının rəhbəri Xalq artisti professor Zəhra Quliyevanın tələbələri Səbinə Muradovanın müşayiəti ilə Yusif Vəliyevin xatirəsinə həsr olunmuş musiqi nümunələri təqdim edib.
Vida mərasimində professor Siyavuş Kərimi, Birliyə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli, şərqşünas Seyid Camal Əzimbəyli və bir çox məşhur simalar qatılıb.
Qeyd edək ki, Yusif Vəliyev məşhur QHT rəhbəri, "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəylinin dayısıdır.
Allah rəhmət eləsin!
Xəbəri paylaş