Bakıda maşını divara çırparaq qəzaya düşən şəxsin polis əməkdaşı olduğu məlum olub.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, mayın 24-də Qaradağ rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşı Elşad Vahidov idarə etdiyi "Renault" markalı minik avtomobilini divara çırpıb. Nəticədə sükanın sinəsinə sıxılması nəticəsində ciyərləri zədələnərək hadisə yerində vəfat edib.
Məlumata görə, həmin gün E.Vahidovun doğum günü imiş və buna görə işdən icazə alıb. İddia olunur ki, 32-ci ad gününü dostları ilə birgə keçirən E.Vahidov spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçib.
Hərəkətdə olarkan idarəetməni itirərək Lökbatan qəsəbəsində yerləşən polis bölməsinin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
E.Vahidov evli olub, 3 övladı var.
Xəbəri paylaş