
RegionTV.info xəbər verir ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.

“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”.