Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

A.Məmmədov: İllər keçsədə xalqımız hər zaman şəhidlərimizin xatirəsini uca tutacaq

RegionTV.info                                                                                                           
YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin təşəbbüsü  ilə müxtəlif regionlarda yaşan  on beş kəlbəcərli şəhidin atası II Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkında olmuşdur.Tədbir iştirakçıları əvvəlcə II Fəxri Xiyabanı ziyarət edərək vətən uğrunda canlarını qurban verən şəhidlərimizin ruhlarına dualar oxuyaraq  məzarlarını ziyarət etmişdir.Daha sonra Hərbi Qənimətlər Parkında olan şəhid ataları parkla tanış olaraq 44 gün müddətində düşmən üzərində qazanılan qələbəni özündə əks etdirən düşmənə məxsusu döyüş vasitələri ilə tanış olublar.    Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aqil Məmmədov,  YAP Kəlbəcər rayon Təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov  bildirmişdirlər ki, bu tədbirin əsas məqsədi ondan ibarətdir ki, dövlətimizin başçısı cənab ilham Əliyevin tapşırığı ilə salınmış Hərbi Qənimətlər parkında əyani şəkildə şəhid atalarına göstərmək istəyirik ki, sizin qəhrəman övladlarınız tərəfindən uzun illər istehkam quraraq möhkəmlənmiş, hər cür silah və texnika ilə silahlanmış amansız düşmənə qarşı vuruşaraq  bu istehkamları, texnikaları darmadağın edərək  xalqımıza qələbə sevincini bəxş etmişdir.İllər keçsədə xalqımız hər zaman şəhidlərimizin xatirəsini uca tutacaq və  bu salınmış park onların qəhrəmanlığının təbliğatçısı olacaqdır.    “Qarabağ” ordenli şəhid mayor Azər Mikayılov  atası  Əmrah Mikayılov  şəhid ailəri adından çıxış edərək bildirib ki,  parkla tanış  olarkən onlar övladları ilə  daha da qürür duyublar, düşmənə necə bir sarsıdıcı zərbə vurulduğunun şahidi olublar.Onlara göstərilən  yüksək hörmət və ehtirama görə şəhid ailələri adından cənab prezident İlham Əliyevə  və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də