Xaçmaz rayonunda bələdiyyə sədri və onunla birlikdə işləyən daha bir neçə nəfərə cinayət işi açılıb.
RegionTV.info-nun əldə etdiyi məlumata görə, Qaraçaycek bələdiyyəsinin sədri Allahyarov Elşad Ağa oğlu və bələdiyyənin üzvləri – Abbasov Orxan Əbülfərz oğlu, Ağabalayev Kamil Həbib oğlu və Yaqubov Ağasəf Əzim oğlu barəsində Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.
Xəbəri paylaş