Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gəncə Apelliyasiya Məhkəməsində qanunlar belə pozulur, polis isə…-VİDEOFAKT

RegionTV.info                                                                                                 

Gəncə Apelliyasiya Məhkəməsinin işçiləri qanunlara məhəl qoymayaraq hər gün karantin qaydalarını kobud şəkildə pozur.
Gəncə və ətraf rayonların sakinləri hər gün bu mənzərənin şahididir.Bu ədalət ocağına Mirbahəddin Hüseynov sədr təyin ediləndən həm hakim köməkçiləri həm də icra məmurları polis əməkdaşının gözləri qarşısında qanun pozuntusuna yol verirlər.
Bu barərdə məlumatı və videomataerialı Dünyanınəsi.az saytına ictimai fəal Natiq İsmayılov göndərib. Videodan aydın şəkildə görünür ki,Gəncə Apeliyasiya Məhkəməsində çalışan işçilər inzibati binada tibbi maskasız hərəkət edirlər.Redaksiya olaraq ümid edirik ki,Ədliyə Nazirliyi və Daxili İşlər Nazirliyi adı keşən bu qurumun qanuna zidd əməlinə hüquqi  qiymət verəcəkdir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.
Qarşı tərəfin mövqeyini dərc edə bilərik
Həmin videonu təqdim edirik:                                         

[media=https://youtu.be/56uDX_IJTAY]

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də