Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Göygöl Rayon Məhkəməsindən keçmiş kənd təsərrüfatı naziri haqqında QƏRAR



Müzamil Abdullayevin üzərindən məhkumluq tamamilə götürüldü


Moderator.az keçmiş kənd təsərrüfatı naziri Müzamil Abdullayevlə bağlı Göygöl Rayon Məhkəməsinin  10 sentyabr tarixli qərarını oxucuların diqqətinə çatdırır:

"Siz Göygöl rayon məhkəməsinə müraciət edərək məhkumluğunuzun ödənildiyinə görə məhkumluqla bağlı olan bütün hüquqi nəticələrin ləğv olunmasını xahiş edirsiniz. 

Məhkəməyə təqdim etdiyiniz sənədlərdən məlum olur ki, siz 1994-cü il-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri vəzifəsini yerinə yetirdiyiniz müddətdə həbs olunmuş və barənizdə 1996-cı ilin mart ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57, 65, 70.2-ci maddələrinin 3-cü hissəsi, 167-ci maddənin 3-cü hissəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi barənizdəki hökmü çıxardır. 

Ərizənizdə həmçinin cəza çəkdiyiniz müddətdə həbsxanada olarkən ulu öndər Heydər Əliyevə müraciət edərək barənizdə qanunsuz ittiham verildiyi, verilmiş ittihamların heç bir sübuta söykənmədiyini onun diqqətinə çatdırmaq üçün məktubla müraciət etdiyinizi bildirirsiniz. 

Ərizənizdə daha sonra 1998-ci ilin oktyabr ayında ömürlük azadlıqdan məhrum etmə növündə olan cəzanızın 20 il məhrumetmə cəzası ilə əvəz edildiyini, 1999-cu ilin iyul ayında isə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən cəzanızın çəkilməmiş hissəsindən azad olduğunuzu bildirirsiniz və məhkəməyə təqdim etdiyiniz sənədlər bunları təsdiq edir. 

Nəzərinizə çatdırılır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum olunmuş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsində xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 

İşə baxan məhkəmə məhkumluğun götürülməsi və məhkumluqla bağlı nəticələrin ləğv edilməsi ilə bağlı o halda qərar qəbul edə bilər ki, məhkumluq ödənilməmiş olsun. 

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 iyul 1999-cu il tarixli fərmanından görünür ki, siz cəzanızın çəkilməmiş hissəsindən azad olunaraq 1999-cu ildə əfv olunmuşsunuz. 

Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən sizin məhkumluğunuz 10 iyul 2007-ci il tarixdən ödənmiş hesab olunur və həmin məcəllənin 83.6-cı  maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələrin ləğv edildiyi diqqətinizə çatdırılır.



Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də