RegionTV.info
Bərdə Ticarət Mərkəzində baş verən yanğın 2112 kvadrat metr ərazini, 88 mağazanı əhatə etməklə sahibkarlara xeyli ziyan vurub.
Bərdə və qonşu rayonların Yanğın Təhlükəsizliyi əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində 200 dən artıq ticarət köşkünün üçdə ikisini xilas etmək mümkün olub. Yanğının erkən səhər saatlarında meydana gəlməsi anındaca müdaxiləyə imkan verməsə də mühafizə xidməti əməkdaşlarının fövqəladə hal barəsində operativ məlumatı dərhal əraziyə xüsusi texnikanın gəlməsinə imkan verib.
İlkin ehtimala görə, işlək mağazalardan birinin içərisində yerləşən müşahidə kamerasının "pristavka"sında yaranan alovun artaraq bitişik köşklərə keçməsi ,əsasən geyim və yanğın potensiallı mallarının sürətlə ötürülməsi qısa vaxtda belə geniş sahəyə yayılmasına səbəb olub.
Hadisə yerinə rayon rəhbərliyinin dərhal gəlişi, o cümlədən hüquq-mühafizə orqanlarının ziyan çəkmiş şəxslərin hərəkəti, təhlükəsizliyi üçün həyata keçirdiyi tədbirlər fiziki xəsarət və itkilərə imkan verməyib.
Milli Məclisin üzvü kimi hadisə barəsində məlumata alan kimi müvafiq şəxslərlə daimi əlaqədə olmuşuq, eyni zamanda sonrakı tədbirlər barəsində müəyyən bir plan hazırlamışıq.
Dəyən ziyanın miqdarı barəsində sahibkarların məlumatları əsasında ictimaiyyətə məlumat veriləcək .5 il əvvəl daha kiçik ölçüdə baş verən yanğın hadisəsindən sonra mağazaların mühüm bir qismi yanğından sığorta tədbirlərini həyata keçirib və onların kompensasiya ilə təmin olunması çətin olmayacaq. Lakin pandemiyanın ağır şərtləri altında ticarətlə məşğul olan bərdəli sahibkarların hər birinə dəymiş ziyanın müəyyənləşdirilməsi və onun ödənməsi yolları ilə bağlı müvafiq rəsmi qurumlarla görüşlərimizi davam etdirəcəyik.
Sonda qeyd edək ki, mayın 23-də digər bir ərazidə-çay evində yanğının 10-a qədər mağazaya ziyan vurması ilə indiki hadisənin arasında təxribat, qəsd və digər versiyalı bağlılıq yoxdur .Bir həftədə iki yanğın nə qədər arzuolunmaz olsa, sırf təsadüfi hadisədir. Ona görə də KİV-lərdə müxtəlif ssenarilər barəsində şərhlər gerçəkliyi əks etdirmir. Bərdə hər zaman sabitlik və əminamanlıq, zəhmətkeş əhalisi olan bir diyardır. Vətən müharibəsində də erməni faşizmi ən çox mülki insan itkisini bu rayona verdirsə də bərdəlilərin mətin iradəsi yenilməzliyini sübut etmişdi.
Müxtəlif illərdə yaranan belə hadisələr kütləvi xidmət sahələrində fövqəladə hadisələrə çevik reaskiya sistemləri və qurğularının, texniki təhlükəsilzik tədbirlərinin görülməli olduğunu ortaya qoyur.
Xəbəri paylaş