
RegionTV.info məsələni aydınlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevlə əlaqə saxlayıb. Sözçü açıqlamasında deyib:
"Hələ ki "ictimai nəqliyyat işləməyəcək" deyə bir qərar yoxdur. O qərarı biz vermirik, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bunun əksini göstərən bir qərar, yəni "işləməyəcək" deyə bir şey yoxdur. Həftəsonlarının qərarı var, amma 28 may günü ilə əlaqədar bir qərar yoxdur".