Məscidlərdə namaz karantin qaydalarının şərtlərtinə uyğun olaraq qılınacaq.
RegionTV.info bildirir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.
H.Şahin bildirib ki, ibadət yerlərinin açılması barədə Operativ Qərargahın qərarı dindar insanlar tərəfindən böyük rəğbətlə qarşılanır:
"Təbii ki, bu ibadətlər müəyyən qaydalar çərçivəsində icra olunacaq. İbadət edən insanların sayı ilə bağlı heç bir məhdudiyyət tətbiq edilmir, amma məscidlərdə ara məsafəsi təbii ki, gözləniləcək, tibbi maskalardan istifadə olunacaq.
Xəbəri paylaş