Çelyabinskdə (Rusiya) 2 yaşlı körpənin öldürülməsi ilə bağlı qətlin təfərrüatları bəlli olub.
RegionTV.info xəbər verir ki, uşağın üstünə qaynar su tökülərək öldürüldüyü aşkar olunub. İstintaq yolu ilə müəyyən olunub ki, ögey övladını sevməyən kişi mütəmadi onu döyür və "tatar" adlandırıdı. Həqiqətən də uşağın soyadı tatar soyadı idi.
Halbuki ata-anası rusdur. Uşağı isə dəhşətli şəkildə qətlə yetirib. Üstünə yanar su tökərək ölümünə səbəb olub. Uşağın anası bildirib ki, ona mane olmaq istəsə də, kişi onun üstünə qışqırıb və o da qorxub. Xəstəxanaya müraciət etmək istəməyərək, ona maz sürtüblər. Lakin aldığı xəsarətlərdən ölüb. Yalandan da bildirblər ki, uşağı çimizdirən zaman üstünə qaynar su tökülüb. Məlumata görə, uşaqda asfikiasiya - ağzını və burnunu tutaraq boğulma əlaməti də var.
Xəbəri paylaş