Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ÜZÜCÜ XƏBƏR! Tanınmış şəxs böyrək çatışmazlığından VƏFAT ETDİ - FOTO

RegionTV.info                                                                                                         
Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.
Bu barədə metbuat.az-a onun ailə üzvləri məlumat verib.
Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.
Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Bir zamanlar Yeni Azərbaycan Partiyasının fəal simalarından olan Nizamni Xudiyev son illər aktiv ictimai-siyasi fəaliyyətdən kənara çəkilmişdi.
Allah rəhmət eləsin!

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də