
Sakinlərin bildirdiyinə görə, bugün "Demokratik.Az"-da yayımlanan Gəncədə Abbas Səhhət qəsəbəsində şam ağaclarını qurudub ərazini satmaq istəyirlər başlıqlı xəbərdən və sakinlər tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılmış məlum videosüjetdən dərhal sonra Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları rəisin xüsusi tapşırığı ilə sözügedən əraziyə baş çəkiblər. Polis heyəti ərazidə ağacların həqiqətən uzun müddət sulanmadığını müəyyən edərək rəhbərliyə məlumat veriblər.
Ardından, Gəncə BPİ rəhbərliyi şəhər təsərrüfatına məsul olan qurumlar qarşısında problemi qaldıraraq ağacların mütamadi qaydada suvarılması və qulluq edilməsi barədə öz irad və təkliflərini bildiriblər. Ərazidə sıradan çıxmış su krantlarının təcili bərpası üçün hər cür maddi dəstəyə hazır olduqlarını bildiriblər.

Belə həssas yanaşma sərgilədiyinə, şam ağaclarını susuzluqdan xilas edilməsi üçün atdıqları insani addıma görə sakinlər adından dəyərli General Teymur Hacıyevə və tabeliyindəki bütün Gəncə polislərinə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Doğrudan da sevindiricidir! Axı, susuz ağacların halına yanmaq da, onlara qulluq və sayğı da özü-özlüyündə polis adına nəzakət və mərhəmətin simgəsidir !!! Yaşa Gəncə polisi!