Norveç kralı V Harald xəstəxanaya yerləşdirilib.
APA-nın “Nord News”a istinadən verdiyi xəbərə görə, bu barədə kral sarayı məlumat yayıb.
Bildirilib ki, V Harald Osloda Milli Xəstəxanaya yerləşdirilib. 83 yaşlı kralın səhhətindəki problem açıqlanmayıb.
Kralın səlahiyyətlərini gün ərzində vəliəhd şahzadə Haakon icra edəcək.