Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakı hazırlıq işlərini yekunlaşdırdı: Paytaxta azarkeş axını gözlənilir - RƏSMİ

Yaxın zamanlarda Azərbaycanda futbol üzrə Avropa çempionatı keçiriləcək.
Hazırda bilet satışları davam edən yarışlar zamanı ölkəmizə 20-40 min azarkeşin gələcəyi gözlənilir.
Çempionat zamanı yalnız komandaları iştirak edən ölkələrdəki əcnəbilərin gəlişinə icazə verilsə də, onların sayı minlərlədir. Bəs görəsən, onların gəlişi ölkə iqtisadiyyatına nə qazandıracaq?
Mütəxəssislərin sözlərinə görə, ölkəyə gələcək hər bir azarkeş öz ölkəsinin valyutasını gətirəcək. Onun gündəlik xərclərini və qaldığı otelə ödədiyi pulu nəzərə alsaq, minlərlə azarkeşin yarışa təşrif buyurması iqtisadiyyatda canlanma yaradacaq.
Bu haqda RegionTV.info-ya  açıqlama verən Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Azər Badamov oyunlar zamanı müəyyən sahələrdə canlanma yaranacağı və ölkə iqtisadiyyatının daha da inkişaf edəcəyini bildirib:
“Avropa çempionatına xeyli sayda əcnəbilərin gəlişi gözlənilir. Hazırda isə ölkədə pandemiya ilə bağlı hökm sürən vəziyyət ürəkaçandır.
Yoluxma sayında azalma müşahidə edilir. Turizm sektoru 1 ildən artıqdır ki, iflic vəziyyətinə gəlib. Pandemiya səbəbilə, demək olar ki, ölkəmizə turist gəlmir.
Hazırda isə onların qəbulu üçün bütün sahələr işlək vəziyyətə gətirilib. Təbii ki, gələn hər bir azarkeş özü ilə müəyyən maliyyə və öz ölkəsinin valyutasını gətirir.
Bu isə ölkəmiz üçün həm iqtisadiyyat, həm də böyük pul dövriyyəsi deməkdir. Hər bir əcnəbi otel qiyməti daxil edilmədən orta hesabla özünə 100 dollar xərcləyir. Yarışlar zamanı ölkəyə minlərlə əcnəbi gələcəyini nəzərə alsaq, onların ümümilikdə iqtisadiyyata qazandıracağı gəlir yüksək olacaq”.
Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə isə  bildirib ki, hazırda UEFA rəsmilərinin, komandaların, o cümlədən azarkeşlərin qarşılanması və yola salınması istiqamətində görülən bütün işlər yekunlaşıb:
“Yarışlar zamanı ola bilsin ki, bir ölkədən çox, o biri ölkədən az azarkeş gəlsin. Bunun səbəbi hər bir ölkədə giriş-çıxış qaydalarının fərqli olmasıdır.
Məsələn: Böyük Britaniyada karantin rejimi digər ölkələrlə müqayisədə daha sərtdir. Ən çox azarkeşin isə Türkiyədən gələcəyi gözlənilir.
İkinci İsveçrə, üçüncü isə Böyük Britaniya, yəni Uels azarkeşləri... Onların qalacağı otellər hazırdır. Gündəlik xərcləri isə qaldığı otellərin qiymətlərindən və təklif edilən turizm paketlərindən asılı olacaq”.
Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 4-də start götürəcək. 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də