
RegionTV.info xəbər verir ki, brifinqdə karantinlə bağlı qəbul olunan yeni qararlar elan edilib.
Həmin siyahını təqdim edirik:
- Mayın 31-dən açıq havada tibbi maskadan istifadə ləğv olunur
- Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunur
- Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa olunur
- İyunun 10-dan məscidlər açılır
- İyunun 10-dan "Mall”ar və iri ticarət mərkəzləri açılır
- İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir
- İyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir.