Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

SON DƏQİQƏ! Prezident onları vəzifəyə təyin etdi: Siyahıda görün kimlər var

Prezident İlham Əliyev "Apellyasiya məhkəmələri sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb.
RegionTV.info  xəbər verir ki, sərəncama əsasən, aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin sədrləri təyin ediliblər:
Əkbərov Mübariz Dosməmməd oğlu – Bakı Apellyasiya Məhkəməsinin sədri
Hüseynov Mirbahəddin Mirdamət oğlu – Gəncə Apellyasiya Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu – Sumqayıt Apellyasiya Məhkəməsinin sədri
Quliyev Nuru Nadir oğlu – Şəki Apellyasiya Məhkəməsinin sədri
Abdullayev Vəli Əsgər oğlu – Şirvan Apellyasiya Məhkəməsinin sədri.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Rəşad Şəmşir oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Rafail Əyyub oğlu Əliyev Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Tapdıq Şükür oğlu Mahmudov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də