SON DƏQİQƏ! Bakıda dəhşətli hadisə: Ölənlər və yaralılar var
Tarix: 24-05-2021, 18:25Xəbərə baxış: 141
Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından RegionTV.info-ya verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.