Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda Qızı İş Yoldaşı ZORLADI

Bakıda əcnəbi ölkə vətəndaşının zorlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. RegionTV.info-nun  hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Fransa vətəndaşı, 1987-ci il təvəllüdlü V.K. prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət edib.

Müraciətdən məlum olur ki, 26 yaşlı qız Bakıda butikləri olan məşhur brend mağazalar şəbəkəsinin meneceridir. Bir neçə gün əvvəl o, iş yoldaşları ilə birgə partidə iştirak edib. Şənlik zamanı 26 yaşlı fransalı qız iş yoldaşları ilə birgə içib. Daha sonra isə iş yoldaşlarından biri R.A. V.K.-ni qonşu otağa dəvət edib. Burada R.A. fransalı qıza qarşı zorakılıq edib və onu zorlayıb. Şənlik bitən kimi fransalı qız başına gələnlər barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalar nəticəsində şənliyin Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Təbriz küçəsindəki binalardan birindəki mənzildə keçirilməsi müəyyən edilib. V.K. müvafiq ekspertizalardan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib. Həmçinin digər zəruri hərəkətlər edilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də