Xəbər verdiyimiz kimi,  "Kontakt Home"  mağazalar şəbəkəsi Vətən müharibəsində  şəhid olan  Adilov Şirəli İlham oğlunun evinə  gələrək, mağazadan borca götürdüyü mebelləri aparıb.  Bununla bağlı məsələ ictimailəşdirildəkdən sonra  "Kontakt Home"  şəhidin bütün borclarını ləğv edəcəyini  bildirmişdi. RegionTV.info xəbər verir ki, bu gün isə şəhidin anası "Kontakt Home" gedərək, oğlunun bütün borclarını ödəyəcəyini bildirib. Belə ki, mağaza rəhbərliyi şəhid anasına borcların bağlanmasını hədiyyə etsə də, Zümrüd Adilova bunları qəbul etməyib.
 
						


