Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qadın parkda sevgilisi tərəfindən döyüldü - FOTO

Xaçmazda döyülmə hadisəsi baş verib.

RegionTV.info xəbər verir ki, hadisə Xaçmaz şəhərində yerləşən "Fəvvarələr parkı"nda qeydə alınıb.
Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

Xəstəxanada E.Xəlilova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də