Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hindistanda COVID-19 böhranı - Virusun 4 növü tüğyan edir

Dehlidəki soydaşımız epidemik vəziyyət barədə danışdı                                             

RegionTV.info  bildirir ki, Hindistanda son günlər COVID-19 virusuna sutkalıq yoluxma və ölüm halları azalsa da, böhranlı vəziyyət davam edir.
Hazırda dünyada yeni növ koronavirusdan ən çox əziyyət çəkən ölkə olan Hindistanda ötən sutka 257 min yoluxma, 4194 ölüm qeydə alınıb. Hindistanın Federal Səhiyyə Nazirliyininin məlumatına əsasən, ölkədə ümumi yoluxmaların sayı 26 milyon 289 mini ötüb, ölüm sayı isə 295 mindən çoxdur.
Hindistan ay yarımdan çoxdur ki, sutkalıq yoluxma sayına, son həftələr isə ölüm sayına liderlik edir. Mütəxəssislər ardıcıl 6 gündür sutkalıq yoluxma sayının 300 mindən aşağı olmasını əsas götürərək pandemiyann 2-ci dalğasının pik dövrünün arxada qaldığını deyir.
Bununla belə Hindistanda epidemik vəziyyət hələ də nəzarət altına alınmayıb. Stasionar xəstələri yerləşdirmək üçün hökumətin balansında olan müxtəlif binalar, habelə hərbi hissələrin hospitallardan da istifadə olunur. Pandemiya ilə əlaqədar Hindistandakı soydaşlarımızın çoxu bu ölkəni tərk edib.
Çox az sayda azərbaycanlı hazırda Hindistandadır. Onlardan biri - Vüsalə Əhmədova Hindistandakı vəziyyət barədə Real TV-yə danışdı:
"Əvvəlki günlər vəziyyət çətin idi. Yer çatışmzalığı var idi, pasiyentlər xəstəxanların dəhlizlərində, hətta dövlət idarələrinin binalarında yerləşdirilirdi. Amma indi vəziyyət nisbətən sabitləşib. Yeni xəstəxanalar istifadəyə verilib. Hətta gərgin günlərdə hərbi hospitallar da COVİD-19 xəstələrini qəbul etməyə başlayıb".
Vüsalə Əhmədova Hindistanda yoluxma hallarının belə çox olmasının virusun bir neçə ştammının yayılması ilə bağlı ola biləcəyini deyir:
"Hazırda Hindistanda virusun 4 növü müşahidə olunur. Bunlar Çində tapılan ilk ştamm, habelə Britaniya, Cənubi Afrika və Hindistan ştammlarıdır. Hindistanda əhalinin sayının çox olması da yoluxma rəqəmlərinin yüksək olmasında rol oynayır. Hindistanda virusa yoluxma hallarının nəzarət altına alınması üçün bir neçə ştatda, o cümlədən paytaxt Dehlidə sərt karantin rejimi və komendat saatı tətbiq olunur. Təhsil müəssisələri, ticarət mərkəzləri bağlıdır. ictimai nəqliyyatdan istifadə olunmur. yalnız ərzaq və gündəlik ehtiyaclar üçün olan mağazaları, tibb ocaqları işləyir".
Pandemiya ilə mübarizənin ən vacib məqamlarından olan vaksinasiya prosesinin Hindistanda necə aparıldığına gəlincə isə soydaşımız bildirdi ki, pandemiyanın 2-ci və daha ağır dalğası ölkə ictimaiyyətinin peyvəndə marağını artırıb. Mayın 1-dən 18 yaşdan yuxarı şəxslərin vaksinasiyasi başlayıb.
Vaksinaisya prosesində "Astra Zeneca" şirkətinin Hindistanda istehsal etdiyi "Covishield", yerli "Covaxin" və Rusiya istehsalı olab "Sputnik-V" peyvəndindən istifadə olunur.
"Əvvəllər vaksinlərin əks-təsirləri ilə bağlı müxtəlif şaiyələr varıydı. Amma viruusn 2-ci dalğasından sonra, xüsəsn də peyvənd olunan şəxslərin yoluxsalar belə, xəstəliyi yüngül keçirmələri insanlarda peyvəndə marağı çoxaldıb", - Soydaşımız bildirib.
Vüsalə Əhmədova gözərünməz düşmənlə mübarizədə qalib gəlmək üçün epidemiya əleyhinə qaydalara riayət etməyin vacibliyini vurğuladı.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də