
RegionTV.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O bildirib ki, Rusiya tərəfi bölgəyə YUNESKO missiyasının mümkün qədər tez göndərilməsinin tərəfdarıdır.
M.Zaxarova ATƏT-in Minsk qrupu həmsədrləri xətti ilə iş aparıldığını vurğulayıb və bu il aprelin 13-də həmsədrlərin qəbul etdikləri bəyanatda dini, mədəni irsin saxlanılması və qorunmasının qeyd olunduğunu xatırladıb.