Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Koronavirusu ayaqüstü keçirən şəxslər də peyvənd olunmalıdır - Həkimdən AÇIQLAMA

Tez-tez koronavirusu ayaqüstü, xəbərsiz keçirən şəxslərin vaksinasiya olunmasının problemlərə yol açacağı ilə bağlı məlumatlar eşidirik.
Elə bu səbəblə bəzi vətəndaşlar peyvənd olunmadan əvvəl ciddi narahatlıq yaşayır, tərəddüd edirlər.
 
Bəs, maraqlıdır, sözügedən xəstəliyə yoluxan, lakin bundan xəbərsiz olan şəxslər sonradan peyvənd olunsalar, hansı problem yaşana bilər?
 
Məsələ ətrafında RegionTV.info-ya danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov bu cür ehtimalların doğru olmadığını bildirib:

"Koronavirusa ayaqüstü yoluxub sağalan şəxslər vaksin vurdura bilərlər. Yəni əgər bədəndə əlavə xəstəliklər olmayıbsa, koronavirusu ağır keçməyibsə, vaksinasiyadan imtina etmək olmaz. Əksinə olaraq, bu insanlarda immunoqlobinin miqdarı yüksəlir. Təcrübədə də göstərib ki, xəstəliyi bilmədən, ayaqüstü keçirən vətəndaşlarımız peyvənd vurudurublar və immun sistemləri daha yaxşı olub. Ümumiyyətlə isə vaksindən əvvəl təzyiq ölçülməlidir, diabeti, nevroloji xəstəliyi olanlar müayinə edilməlidir".
İ.Bayramov iki fərqli vaksindən istifadə etmək istəyən vətəndaşlara da çağırış edib:

"Əgər vətəndaş vaksinasiyanın hər iki mərhələsindən keçdikdən sonra koronavirus əleyhinə yeni peyvənddən istifadə etmək istəyirsə, buna görə 6 ay gözləməlidir. İl ərzində iki fərqli vaksindən istifadə isə heç bir narahatlıq yarada bilməz".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də