Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Mahir Emreli yeni klubunda nə qədər qazanacaq? - MƏBLƏĞ

"Qarabağ"dan ayrılacağı dəqiqləşən Mahir Emrelinin Polşanın "Legiya" klubunda alacağı maaş açıqlanıb. 

RegionTV.info xəbər verir ki, Polşa mətbuatında millimizin 23 yaşlı hücumçusunun Varşava təmsilçisində illik 300 min avro əməkhaqqı alacağı ilə bağlı məlumatlar yayılıb.
 
"Bakı”nın yetirməsi olan Mahirin transferinin yaxın günlərdə rəsmiləşəcəyi də bildirilib.
 
2015-ci ildən "Qarabağ”da olan Emreli son mövsümdə Ağdam klubunun heyətində bütün turnirlər çərçivəsində 30 matça çıxıb və 22 qol vurub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də