"Bəsdir” deməyin artıq vaxtı çatdı". Fələstinlilər susdurula bilməz. Onların haqqları əlllərindən alına bilməz”.
RegionTV.info xəbər verir ki, Pakistanın Xarici İşlər naziri Mahmud Qureyşi belə bəyanatla çıxış edib. O bildirib ki, İsrailin nəzarətindəki ərazilərdə və Qəzza zolağında vəziyyət olduqca acınacaqlıdır. “Bölgəyə humanitar yardım səfərbərliyini başlatmaq lazımdır” deyən diplomat, fələstinlilərin təcili yardıma ehtiyacı olduğunu bəyan edib.
Qeyd edək ki, ötən gecə İsrail və Fələstin arasında atəşkəs elan olunub.
Xəbəri paylaş