Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Həbsxana yoldaşını evində baltaladı - Sumqayıtdakı qətlin təfərrüatı

Sumqayıt şəhərində tanışını qətlə yetirməkdə təqsirli bilinən Rüfət Quliyevin cinayət işi: 
RegionTV.info xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.
Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib.
Hadisəni törətməkdə şübhəli bilinən Rüfət Quliyev daha sonra polisə könüllü gələrək təslim olub.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rüfət Quliyev ifadəsində bildirib ki, axırıncı dəfə 2014-cü ildə 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilib. Azadlığa çıxandan sonra Sumqayıta qayıdaraq Corat qəsəbəsindəki ata evində tək yaşayıb. Ramiz Hətəmovla 2014-cü ilə 3 saylı istintaq təcridxanasında saxlanılarkən tanış olub. Hər ikisi cəzaçəkmə müəssəsindən azad olunduqdan sonra münasibətlərini davam etdiriblər. Mərhum Hətəmov heç yerdə işləməyib və ailə qurnmayıb. Tez-tez Corat qəsəbəsində yaşayan bacısıgilə gələrkən onunlada görüşüb. Bəzən onun evində də gecələyib.
Rüfətin sözlərinə görə Ramiz sakit görünsədə dili acı olub. Mübahisəni xoşladığından bu xasiyyəti ona problem yaradıb. Bu məqsədlə həmişə üzərində bıçaq gəzdirib.
Rüfət Quliyev ifadəsinin davamında bildirib ki, həyətdəki darvazanın qıfılı olsa da açarını itirdiyi üçün onu həmişə örtüb bağlayıb.
Fevralın 7-də işi ilə əlaqədar evdən gedərkən yenədə qapını örtərək baglayıb və Ramizin evinə gələcəyini gözləməyib. Saat 22:00 radələrində qayıtdıqda evdə bir neçə kişinin gülüb danışdığını görüb:
"Girdim evə gördüm Ramiz iki nəfər tanımadığım adamla döşəmədə oturub çay içirlər. Onun məndən xəbərsiz öz başına hərəkət eləməsi mənə pis təsir elədi. Hirslənib Ramizə dedim bu nə hərəkətdi sən eləyirsən? Başladı üstümə bozarmağa. Aramızda mübahisə başladı. Mənən kobud danışan kimi hamısına dedim ki, evimdən çıxın gedin".
Səhərsi gün yuxudan oyanıb siqaret çəkərkən Ramiz onun evinə gəlib. Onun narkotik maddə yada spirtli içki qəbul etdiyi hiss olunub. Ramiz döşəmədə oturan kimi dünənki mübahisəyə görə Rüfəti günahlandırmağa başlayıb:
"Cibindən bıçağı çıxarıb böyrünə qoydu başladı mənimlə həbsxana dili ilə danışmağa. Təxminən yarım saat söhbət eləyəndən sonra başladıq yenə mübahisə etməyə. Başladı söyüş söyməyə. Oturduğum yerdə qapının qırağında olan baltanı götürüb bunun başından vurdum. Qan açıldı başından. Ayağa qalxıb başından daha iki zərbə vurdum gördüm xırıldayıb öldü".
Rüfət meyiti sürüyərək o biri otağa aparıb və üzərinə yorğan üzü çəkib.
Sumqayıt şəhər polis idarəsinə gedərkən yolda qardaşına zəng edib Ramiz Hətəmovu qətlə yetirdiyini bildirib.
Məhkəmə prosesində Rüfət Quliyev ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə araşdırılmış sübutların məcmusuna əsaslanıb nəticəyə gəlib ki, Quliyevin Cm-nin 120.1(qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə əvvəllər 4 dəfə məhkum olunan Rüfət Quliyev 12 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də