Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Yaxşı olardı ki, o insanlara cəzadan əvvəl, həm də psixoloji yardım olunsun...”






“Bu ondan irəli gəlir ki, şantaj edən şəxs zamanında öz sərhədlərini tanımayıb, ona hörmət olunmayıb, ailə, dəyər sistemləri çox zəif və münaqişəli olub”

Bunu açıqlamasında psixoloq Vəfa Əkbər deyib. Psixoloq insanları şantaj edən şəxslərin psixoloji problemi olduğunu bildirib:

“Əslində əgər şantaj varsa və bunu edən insanların sayı artırsa, bu o deməkdir ki, cəmiyyətimizdə adamların psixoloji problemi var. Bu cür adamların sayı isə gün-gündən artmaqdadır. Bu ondan irəli gəlir ki, şantaj edən şəxs zamanında öz sərhədlərini tanımayıb, ona hörmət olunmayıb, ailə, dəyər sistemləri çox zəif və münaqişəli olub. Yəni söz-söhbətli bir ailədə doğulub böyüyüb. Sırf bu baxımdan dəyərlər zəif olduğu üçün o insanın sərhəd tanıma anlayışı yoxdur. Yəni o başa düşmür ki, bu kiminsə şəxsi həyatıdır, ora müdaxilə etmək olmaz. Sərhədlərini tanımayan insanlar isə kimi hardan vuracağını çox gözəl bilir. O insanlarda nəyisə itirmək qorxusu yoxdur. Başqasının həyatına müdaxilə edərək, onları incitmək, əziyyət vermək onlar üçün sadəcə adi bir həyatdır, çünki sırf o həyatı özləri də yaşayıblar. Bir sözlə, içlərində qalmış qisası, böyüməmiş uşağı böyütməyə və ya hirsini almağa çalışırlar. Yaxşı olardı ki, o insanlara cəzadan əvvəl, həm də psixoloji yardım olunsun”.

Qeyd edək ki, son zamanlar qadınların şantaj edilməsi halları artmaqdadır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də