Meyxanaçı-müğənni Samirə Yusifqızı müzakirələrə səbəb olacaq açıqlama verib.
RegionTV.info-ya açıqlama verən ifaçı bildirib ki, imkanı olan evli kişi ilə sevgi münasibətinə “yox” deməz:
“Mənə elə gəlir ki, bir çox qadınlar evli bir bəy sevib. Mən də evli adam sevmişəm, həmin şəxsin yoldaşı xarici ölkədə yaşayırdı. Bir çox müğənni var ki, evli kişinin ailəsini dağıdıb, ona ərə gedənlər var. Həmin kişilərin əsas ailəsi elə birinci ailəsidir. İndi təkcə müğənnilər ailə dağıtmır ki...
Mən sevilməyə layiq qadınam. Məni sevən oğlan uzağı məndən 10-12 yaş kiçik ola bilər. Övladım yaşında bir oğlanla sevgili olası deyiləm ki... Çox yaş fərqi olanda, düşüncələrimizdə də anlaşılmazlıqlar olacaq. Mənə evli kişi sevgi təklifi etsə, xoşum gəlsə, razılıq verəcəm. Peyğəmbərimizin neçə xanımı olub. İmkanı, pulu varsa, niyə də yox? Buyursun”.
Qeyd edək ki, S.Yusifqızı bir dəfə evli olub, həyat yoldaşı vəfat edib.
Xəbəri paylaş