Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb:
Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.
RegionTV.info-nun məlumatına görə, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb.
Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş