Türkiyədə kişi 24 yaşlı fiziki qüsurlu qızı evinin qarşısından qaçırıb təcavüz etdi.
RegionTV.info xəbər verir ki, Batmada adı açıqlanmayan fiziki qüsurlu qız anidən evinin qarşısından yoxa çıxıb.
Qızlarını axtaran ailə bir müddət sonra onu paltarları cırılmış halda taparaq dərhal xəstəxanaya aparıb.
Müayinə zamanı onun təcavüzə məruz qaldığı ortaya çıxıb. Qızlarının zorlandığını öyrənən ailə polisə müraciət edib.
Ətrafdakı təhlükəsizlik komeraları vasitəsilə polislər qısa müddət ərzində fiziki qüsurlu qızın İ.D tərəfindən qaçırılaraq zorlandığını müəyyən edə biliblər.
Polis tərəfindən saxlanılan İ.D məhkəmə qarşısına çıxarılıb.
Xəbəri paylaş