Hər il olduğu kimi yaylaq mövsümünün gəlişi ilə bağlı rayonun giriş-çıxışlarına qoyulan blok postlar vasitəsi ilə mal-qoyun sürülərinin sahibləri ya incidilir ya da ki, soyulur.
Ölkə başçısı və Baş prokurora məktub ünvanlayan Kəlbəcər rayon Zar kənd sakini ibrahimov Arif Misir oğlu Xocalı Rayon Polis Şöbəsindən şikayətçidir.
Bu haqda RegionTV.info-ya Arif ibrahimovun özü məlumat verib.
Şikayətçi bildirir ki,Xocalı Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenant Zaur Nəbiyevin göstərişini yerinə yetirən “Elvin və Xəyyam” yaylağa köç edərkən onun qarşısını kəsib: “Xocalı RPŞ-nin əmədaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özbaşınalıqla məşğul olur. Onlar bu hərəkətləri polis rəisi Zaur Nəbiyevin göstərişi ilə edir.
19.05.2020-ci il tarixdə yay mövsümünün gəlişi ilə əlaqədar olaraq öz köçümü yaylağa apararkən Xocalı RPŞ-nin adları keçən əməkdaşları Goranboy rayonun Qaraçinar kəndinin giriş postunda bizi qanunsuz olaraq saxlatdırdı. Mən Goranboy rayon İcra Hakimiyyəti tərəfindən yaylaq ərazisində torpağın istfadısi ilə bağlı sərəncamı onlara təqdim etdim. Buna baxmayaraq, polis əməkdaşları 200 manat “hörmət” etməyimi bildirdi. Bu, yuxarının göstərişidir və bizi buraxa bilməz”.
Arif İbrahimov yazır ki, polis əməkdaşlarının özbaşınalığı nəticəsində həmin vaxt köçdə olan ailə üzvüləri saatlarla qızmar günəşin altında saxlanılıb.
Hansı qanunda yazılıb ki, polis əməkdaşları köç maşınlarını saatlarla saxladıb, insanlara işgəncə vermək hüququ var? Bu, Goranboyda baş verən ilk belə hal deyil. Bu rayonda özündənrazı, korrupsiyaya qurşanmış icra başçısı Məhərrəm Quluyevin “mükəmməl idarəetməsi” sayəsində məmur özbaşınalığı ən pik həddə çatıb”.
Sonda ölkə Prezidentinə və Baş prokurora üz tutan şikayətçi ümumilikdə Goranboy idarəçiliyin araşdırılmasına ehtiyac olduğunu bildirir: “Cənab Prezident, digər rayonlarda olduğu kimi, Goranboy İcra Hakimiyyətinə də “dur” deməyin vaxtı deyilmi? Mən mətubat vasitəsilə Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm, Xocalı RPŞ-nin adları keçən əmkdaşalrının qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verəsiniz.
Xəbəri paylaş